İQTİSADİYYAT


“Bloomberg”: Apreldə OPEC-in neft istehsalı son 30 ildə ən böyük artımı göstərib

Bakı, 4 may, AZƏRTAC 

Aprel ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft hasilatı son 30 ildə ən böyük artımı göstərib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg”in apardığı araşdırmada deyilir.

Xatırladaq ki, martda OPEC-in neft istehsalı fevral ayı ilə müqayisədə 821 min barrel artaraq gündəlik 28 milyon 610 min barrelə yüksəlib. OPEC-in dünya neft hasilatındakı payı isə 28,7 faiz olub.

Qeyd edək ki, aprelin 9-da “OPEC+” formatının 23 iştirakçı ölkəsinin imzaladığı “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, “OPEC+” ölkələri üzrə gündəlik neft istehsalının may-iyun aylarında 9,7 milyon barrel, iyulun 1-dən ilin sonuna kimi 7,7 milyon barrel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel azaldılması qərarlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.