İDMAN


Boksçular Coşua və Kliçko arasında revanş döyüşü keçirilə bilər

Bakı, 14 dekabr, AZƏRTAC

Britaniyalı boksçu Entoni Coşua ilə ukraynalı Vladimir Kliçko arasında revanş döyüşü keçirilə bilər. Bunu İngiltərənin “Talksport” radiosuna müsahibəsində Coşuanın promouteri Eddi Hirn söyləyib.

AZƏRTAC xəbər verir ki, Hirnin sözlərinə görə, britaniyalı boksçu Deonte Uaylder, Dillian Uayt, Derek Çisora və Tayson Fyuri ilə döyüşlər keçiriləcəyini bildirib, lakin o, rinqə qayıtmaq istəyən Kliçko ilə revanş qarşıdurmasını da istisna etməyib.

Coşua Beynəlxalq Boks Federasiyası (IBF), Dünya Boks Assosiasiyası (WBA) və Dünya Boks Təşkilatının (WBO) versiyaları üzrə super ağır çəki dərəcəsində dünya çempionudur. O, sentyabrda rusiyalı boksçu Aleksandr Povetkin üzərində yeddinci raundda texniki nokautla qalib gəlib. Britaniyalı bütün karyerası boyu 22 qələbə (21-i nokautla) qazanıb.

Ukraynalı boksçi Kliçko isə 2017-ci ilin avqustunda karyerasını başa vurub. O, Beynəlxalq Boks Federasiyası (IBF, 2006-2015), Dünya Boks Assosiasiyası (WBA, 2011-2015) və Dünya Boks Təşkilatının (WBO, 2000-2003, 2008-2015) versiyaları üzrə ağır çəki dərəcəsində dünya birincisi olub. Kliçko 2015-ci ilin noyabrında Fyuriyə uduzaraq dünya çempionu titulunu itirib. 2017-ci il aprelin 29-da Coşuaya qarşı keçirdiyi son döyüşündə isə ukraynalı boksçu 11-ci raundda texniki nokautla məğlub olub. 42 yaşlı boksçunun hesabında olan 64 qələbədən 53-ü nokautla qazanılıb. Ukraynalı cəmi 5 döyüşdə məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.