DÜNYA


Bolqarıstanda koronavirus xəstəliyi kəskin artır

Sofiya, 27 oktyabr, AZƏRTAC

Bolqarıstanda koronavirus yoluxmalarının sayı artmaqda davam edir. AZƏRTAC virusla əlaqədar yaradılan operativ qərargaha istinadla xəbər verir ki, son 24 saat ərzində 2243 nəfər virusa yoluxub. Ümumi yoluxanların sayı 40 min 132 nəfərdir. Hazırda xəstəxanada 2130 nəfər, reanimasiya bölməsində isə 149 nəfər yerləşir. Sağalanların sayı 18 min 650, ölənlərin sayı isə 1136 nəfərdir. Qeyd edək ki, Bolqarıstan hökuməti vətəndaşları məsafə saxlamağa, sanitar normalara riayət etməyə çağırır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.