DÜNYA


Bolqarıstanın ən böyük aeroportu konsessiyaya verilir

Sofiya, 5 oktyabr, AZƏRTAC

Böyük Britaniyanın Mançester Airport Qrup (MAG) şirkəti Sofiya aeroportunun konsessiyaya verilməsi ilə bağlı hərracda iştirak edəcək. İyul ayında Bolqarıstan hökuməti Sofiya aeroportunu uzunmüddətli konsessiyaya vermək məqsədilə hərraca çıxarıb. MAG hərracda iştirakını təsdiq edən ilk şirkətdir. Konsessiya 35 illik veriləcək. Bütün xərclər 3,9 milyard avro təşkil edəcək. Aeroportun konsessiyaya verilməsinin əsas şərti buraya 600 milyon avro sərmayənin qoyulmasıdır. MAG bu şərtlə tam razı olduğunu bəyan edib. Hazırda MAG Böyük Britaniyanın üç aeroportunu - Mançester, London Stansted və East Midlandsı nəzarətinə götürüb. Mançester aeroportunun baş direktoru Sofiya hava limanının yüksək perspektivlərinin olduğu bildirib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.