DÜNYA


Boris Conson: Avropada koronavirusun ikinci dalğasının əlamətləri müşahidə olunur

London, 30 iyul, AZƏRTAC

Böyük Britaniyanın Baş Naziri Boris Conson Avropada koronavirusun ikinci dalğasının əlamətlərinin olduğunu deyib.

Conson bəzi ölkələrdə yoluxma hallarında artım müşahidə edildiyini və bunun koronavirusun ikinci dalğasının əlamətləri olduğunu söyləyib.

O, belə olan halda hökumətin güclü tədbirlər görməli olduğunu və lazım gələrsə karantin rejimində dəyişiklik ediləcəyini açıqlayıb.

Xatırladaq ki, Böyük Britaniyada koronavirusdan 45 min 878 nəfər həyatını itirib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.