DÜNYA


Boris Conson: Vətəndaşlar Şotlandiyada ikinci referendumun keçirilməsini istəmir

London, 6 may, AZƏRTAC

Britaniyanın Baş naziri Boris Conson vətəndaşların Şotlandiyada ikinci bir referendumun keçirilməsini istəmədiyini bildirib.

AZƏRTAC xəbər verir ki, Conson hazırkı vəziyyətin Şotlandiyada ikinci referendumun keçirilməsi üçün uyğun olmadığını söyləyib.

O əlavə edib ki, pandemiya ilə mübarizə aparılan bu günlərdə məsuliyyətsiz davranmaq olmaz və Birləşmiş Krallıqdakı hər kəs vəziyyəti yaxşı anlayır.

Şotlandiya parlamentinə sabah keçirilməli olan seçki kampaniyası zamanı namizədlər qalib gələcəkləri təqdirdə bölgənin müstəqilliyi üçün referendum keçirəcəklərini açıqlamışdılar.

Qeyd edək ki, 2014-cü ildə Şotlandiyada keçirilən müstəqillik referendumunda bölgə xalqı Krallığın tərkibində qalmağa səs vermişdi. Lakin son dövrlərdə aparılan sorğular zamanı müstəqilliyə dəstəyin artdığı müşahidə olunur.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.