MƏDƏNİYYƏT


Boris Eyfmanın teatrı Bakıda öz tamaşasını göstərib

Bakı, 26 aprel, AZƏRTAC

Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrının yaradıcı kollektivi ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, yaradıcı kollektiv “Günahın o biri tərəfi” adlı baleti ilə tamaşaçıların görüşünə gəlib.

Tanınmış balet truppasının Bakı qastrolu X Beynəlxalq M.Rostropoviç Festivalı çərçivəsində reallaşıb.

B.Eyfmanın R.Vaqner, M.Musorqski və S.Raxmaninovun musiqisi əsasında səhnəyə qoyduğu “Günahın o biri tərəfi” baleti M.Dostoyevskinin “Karamazov qardaşları” romanının xoreoqraf tərəfindən yeni versiyada səhnə həllidir. Qeyd edək ki, B.Eyfman tərəfindən tamaşanın ilk quruluşu 1995-ci ildə gerçəkləşib.

Baletin Sankt-Peterburq şəhərində premyerası 2013-cü il aprelin 29-da olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.