DÜNYA


Böyük Britaniyada koronavirusa yoluxmada yenidən artım baş verib

London, 26 aprel, AZƏRTAC

Böyük Britaniyada koronavirusa yoluxmada yenidən artım baş verib.

AZƏRTAC xəbər verir ki, ötən gün ölkədə 2064 nəfər koronavirusa yoluxub, 6 ölüm qeydə alınıb. Son dövrlərdə yoluxma və ölüm hallarında azalma müşahidə olunsa da, bir neçə gündür yenidən artım qeydə alınır.

Ölkədə 4 milyondan çox insan koronavirusa yoluxub, 127 min 428 nəfər isə həyatını itirib.

Qeyd edək ki, Krallıqda 33 milyon nəfərə peyvəndin ilk dozası, 12 milyona isə ikinci dozası vurulub.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London-0-

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.