DÜNYA


Böyük Britaniyada lazer və radiotezlikli silahlar hazırlanması üzərində iş aparılır

Bakı, 10 iyul, AZƏRTAC

Böyük Britaniyanın Müdafiə Nazirliyi döyüş meydanında inqilab edə biləcək lazer və radiotezlikli silahların hazırlanması üzərində işlərin getdiyini bildirib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Birləşmiş Krallığın Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən yayılan məlumata görə, texnologiyanın potensialının öyrənilməsinə və döyüşlərdə istifadə olunması məqsədilə tətbiqinin sürətləndirilməsinə istiqamətlənmiş enerji silahının üç nümunəsinin hazırlaması planlaşdırılır. Həmin komplekslər avtomobil mühərriki və ya generatordan qidalana biləcək ki, bu da onların istifadə xərclərini azaldacaq və cəbhə xəttində misilsiz universallığı təmin edəcək.

Yeni komplekslərin 2023-cü ildə Hərbi Dəniz Qüvvələrinin gəmilərində və quru qoşunlarının nəqliyyat vasitələrində sınaqdan keçiriləcəyi gözlənilir. Bundan sonra onlar Birləşmiş Krallığın Silahlı Qüvvələrinin hər üç növündə istifadə olunacaq. Müdafiə Nazirliyi layihəyə 130 milyon funt-sterlinq (162 milyon dollar) investisiya yatırmaq niyyətindədir.

Lazer silahı düşmənin pilotsuz uçan aparatlarının və raketlərinin məhv edilməsi, radiotezlikli silah isə elektron avadanlığının sıradan çıxarılması üçün nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.