DÜNYA


Böyük Britaniyada millət vəkilinin bıçaqlanaraq öldürülməsi terror aktı olaraq qiymətləndirilib

London, 16 oktyabr, AZƏRTAC

Böyük Britaniyada millət vəkilinin bıçaqlanaraq öldürülməsi terror aktı olaraq qiymətləndirilib.

AZƏRTAC xəbər verir ki, London Metropolitan Polis Xidməti millət vəkili David Amessə qarşı edilən hücumun dini ekstremizmdən qaynaqlandığını bildirib.

Polis Xidməti tərəfindən verilən məlumatda, adı açıqlanmayan təcavüzkarın 25 yaşlı Britaniya vətəndaşı olduğu, araşdırmanın Terrorla Mübarizə Bölməsi tərəfindən aparıldığı qeyd edilib.

Qeyd edək ki, Amess oktyabrın 15-də Esseks dairəsində yerləşən Belfairdəki bir kilsədə keçirilən görüş zamanı bıçaqlanaraq həyatını itirib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.