Böyük alim yuxuda ikən vəfat etmişdir
AzerTAg.az
Bakı, 21 fevral (AZƏRTAC). ABŞ-da məşhur virusoloq, Nobel tibb mükafatı laureatı Renato Dulbekko 98 yaşında vəfat etmişdir.
AZƏRTAC “Associated Press”ə istinadən xəbər verir ki, tanınmış alim Kaliforniya ştatındakı La Colla şəhərində yerləşən evində, yuxuda ikən dünyasını dəyişmişdir.
1914-cü ildə İtaliyada doğulmuş Renato Dulbekko 35 yaşında Birləşmiş Ştatlara mühacirət etmişdir. O, əvvəlcə Kaliforniya Texnologiya Universitetində, sonra isə Solk Bioloji Tədqiqatlar İnstitutunda çalışmışdır.
1975-ci ildə o, şiş virusları və hüceyrənin genetik materialı arasındakı əlaqələr sahəsindəki tədqiqatlarına görə Nobel mükafatına layiq görülmüşdür.
Bununla yanaşı, Dulbekkonun tibb və mikrobiologiya sahələrində bir sıra mükafatları vardır.
Xəbərin mətnində orfoqrafik səhv var