İDMAN


Braziliya milli komandasının sabiq futbolçusu karyerasını bitirib

Bakı, 9 oktyabr, AZƏRTAC

Braziliya milli komandasının və İtaliyanın “Roma” klubunun sabiq üzvü Mişel Bastos futbolçu karyerasını bitirib.

AZƏRTAC xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi “Instagram” səhifəsində məlumat yayıb. Son olaraq Braziliyanın “Ameriko” komandasında çıxış edən Bastos sentyabrdan azad agent statusuna malikdir.

Qeyd edək ki, 36 yaşlı futbolçu karyerası ərzində “Lill”, “Lion”, “Roma”, “Şaxtyor” və “Şalke” kimi klublarda çıxış edib. Yarımmüdafiəçi iştirak etdiyi 418 oyunda 93 qol vurub və 40 məhsuldar ötürmə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.