DÜNYA


Braziliyada koronavirusa yoluxanların sayı altı milyonu ötüb

Madrid, 22 noyabr, AZƏRTAC

Braziliyada son 24 saat ərzində 38 min 397 yoluxma faktının qeydə alınması ölkə ərazisində yeni növ koronavirusa yoluxanların sayının altı milyonu keçməsinə səbəb olub.

AZƏRTAC “Worldometer” Ümumdünya Statistika portalına istinadla xəbər verir ki, Braziliya dünyada altı milyon yoluxma həddini keçən üçüncü ölkədir.

Bu sırada birinci yerdə 12,2 milyon yoluxma faktı ilə ABŞ, ikinci yerdə isə doqquz milyondan çox yoluxma faktı qeydə alınmış Hindistan qərarlaşıb.

Braziliyada 168 min 662 nəfər bu virusdan həyatını itirib.

Braziliyanın səhiyyə orqanlarının epidemioloji bülletenində qeyd etmişlər ki, əhalinin hər 100 min nəfərinə nisbətdə 2 864,7 nəfər COVİD-19 xəstəliyinə yoluxub. Onlarda 80,2 nəfər isə həyatını itirib.

Qeyd edək ki, San-Paulo (1 200 348), Minas Jerays (393 110), Bahiya (382 164) və Rio-de-Janeyro (336 915) Braziliyada yoluxma hallarının daha yüksək olduğu ştatlardır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.