DÜNYA


Britaniya Nazirlər Kabinetinin üzvləri Krallıq ilə Avropa İttifaqı arasındakı müqavilənin layihəsini müzakirə ediblər

London, 8 noyabr, AZƏRTAC

Böyük Britaniya Nazirlər Kabinetinin üzvləri Krallıq ilə Avropa İttifaqı arasında hələ tamamlanmamış müqavilənin layihəsini müzakirə ediblər.

Baş nazir Tereza Mey bu məsələ ilə bağlı 95 faiz razılaşmanın əldə olunduğunu, ancaq Şimali İrlandiya ilə sərhəd məsələsində heç cür razılığa gəlinmədiyini bildirib. Bu da Şimali İrlandiyanın hər iki tərəf arasında mübahisəli ərazi olduğunu göstərir.

Böyük Britaniya 2019-cu il martın 29-da Avropa İttifaqını tərk edəcək. İttifaqın baş müzakirəçisi Maykl Barniyer isə bu istiqamətdə daha çox çalışmalı olduqlarını söyləyib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.