DÜNYA


Britaniya kraliçası bundan sonra yalnız bulaq suyu içəcək

Bakı, 16 oktyabr, AZƏRTAC

Böyük Britaniya kraliçası II Elizabet həkimlərin tövsiyəsi ilə alkoqollu içkidən imtina edib.

AZƏRTAC “The Telegraph” nəşrinə istinadla xəbər verir ki, 95 yaşlı kraliça sevimli martini şərabını rasionundan çıxarıb və indi yalnız Malvern mineral bulaq suyu içir. Məlumata görə, alkoqoldan imtina II Elizabetin şəxsi qərarı olub. Ehtimal edilir ki, buna kraliçanın sıx qrafiki səbəb ola bilər.

2022-ci ildə kraliça taxta çıxmasının platin yubileyini (70 il) qeyd edəcək. II Elizabet taxta 1952-ci il fevralın 6-da çıxıb. Hazırda kraliça Böyük Britaniya tarixində ən uzun müddət hökmranlıq edən monarxdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.