Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Brüsseldə Azərbaycan diasporu və media mövzusunda keçirilən konfransda bəyannamə qəbul olunub

Brüsseldə Azərbaycan diasporu və media mövzusunda keçirilən konfransda bəyannamə qəbul olunub

Brüssel, 8 noyabr, AZƏRTAC

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Brüssel şəhərində “Avropada diaspor və media lobbiçiliyi” layihəsinin icrasına başlayıb. Avropa Azərbaycanlıları Konqresi (AAK) ilə birgə Brüsseldə “Azərbaycan diasporu və media: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” mövzusunda keçirilən praktiki konfransda bəyannamə qəbul olunub.

AZƏRTAC qəbul olunmuş sənəddə toxunulan məqamları təqdim edir.

“Biz – 2019-cu ilin noyabr ayının 5-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində “Azərbaycan diasporu və Media: əməkdaşlığın səviyyəsi, problemlər və onların həlli yolları” mövzusunda keçirilən konfrans iştirakçıları qloballaşma prosesinin geniş vüsət aldığı, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqların tarixi zərurətə çevrildiyi dövrdə, eləcə də Cənubi Qafqaz regionunda mürəkkəb proseslərin davam etdiyi şəraitdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müasir informasiya texnologiyalarından daha səmərəli istifadə olunması üçün vahid strategiyanın müəyyənləşdirilməsi və Azərbaycan Respublikasının milli maraqlarının qorunması ilə bağlı qarşıda duran vəzifələri geniş müzakirə etdik.

Bu gün Azərbaycan Respublikasında informasiya azadlığının təmin olunması, müstəqil kütləvi informasiya vasitələrinin inkişafı və beynəlxalq rəqabətə davamlılığının yüksəldilməsi, medianın maddi-texniki bazasının gücləndirilməsi sahəsində bütün zəruri şərtlər təmin olunub. Məhz bu siyasətin nəticəsidir ki, ölkədə beynəlxalq standartlara uyğun olan azad, plüralist mətbuat formalaşıb, peşəkar jurnalistlər ordusu yetişib. Bu gün Azərbaycan internet istifadəçilərinin sayına görə regionda aparıcı yer tutur. Vətəndaşlar ictimai-siyasi, sosial-mədəni və iqtisadi həyatın bütün sahələrinə dair öz fikirlərini sosial şəbəkədə və ictimai platformalarda sərbəst ifadə etmək hüququna malikdirlər.

Müasir informasiya texnologiyaları məlumatın sürətli əldə olunması və yayılması üçün geniş imkanlar yaradıb. Bu gün sosial media platformaları ənənəvi informasiya və müzakirə kanallarını və mətbuatı əvəz etməkdədir. İstənilən məlumat, rəy və mülahizə qısa müddət ərzində internet istifadəçiləri arasında maneəsiz yayılır.

Elmi-texniki və texnoloji inkişaf əlverişli informasiya mübadiləsinə imkanlar yaratmaqla yanaşı, eyni zamanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məsələlərini də aktuallaşdırıb. Konfransda qeyd olunub ki, bu gün dünyada, regionda baş verən proseslər, Azərbaycan Respublikasının sosial-iqtisadi, mədəni-hüquqi inkişafı barədə qərəzli informasiya kampaniyalarının aparılmasında, bu aksiyalar təhqir və milli dövlətçilik əleyhinə çağırışların yayılmasında, zorakılığın təbliğində həmin elmi-texniki və texnoloji vasitələrdən də istifadə olunur. Konfrans iştirakçıları bu məsələlərlə bağlı açıq və səmərəli müzakirələr aparıb, Azərbaycan diasporunun və Azərbaycan mediasının bu sahədə birgə fəaliyyətinin perspektivləri və əməkdaşlığın yeni mərhələsində qarşısında duran vəzifələrin müəyyənləşdirilməsində və onların icrasında yekdil qərara gəliblər.

Aparılmış səmərəli müzakirələrin nəticəsində Azərbaycan diasporu və Azərbaycan mediası arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsinə, birgə fəaliyyətin təkmilləşdirilməsinə və daha da gücləndirilməsinə əminliyimizi bildirərək aşağıdakıları bəyan edirik:

– Virtual məkanda dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunması və qorunması, onların informasiya mübadiləsi və yayılması sahəsində fəaliyyətlərinin əlaqələndirilməsi, Azərbaycan həqiqətlərin dünya ictimaiyyətinə operativ, əhatəli çatdırılmasında informasiya texnologiyalarından səmərəli istifadə olunması məqsədilə müəyyən işlər görülməli və həyata keçirilməlidir;

– konfrans iştirakçıları Azərbaycan Respublikasında həyata keçirilən sosial-siyasi, iqtisadi, mədəni-hüquqi islahatları yekdilliklə dəstəkləyir, müasir informasiya texnologiyalarının və metodlarının tətbiqi yolu ilə Azərbaycanın üzləşdiyi problemlər, qərəzli münasibət, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması, eyni zamanda, Ermənistanın yalan və böhtan kampaniyalarının ifşası məqsədilə təsirli tədbirlərin həyata keçirilməsini vacib sayır;

– konfrans Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə daha geniş çatdırılmasında Avropanın media qurumları ilə Azərbaycan KİV-ləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasında diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin, Avropada məskunlaşmış azərbaycanlı jurnalistlərin yerli kütləvi informasiya vasitələrində təmsil olunmasının əhəmiyyətini vurğulayır, bu məqsədilə Türkiyənin Qərb dövlətlərindəki media vasitələrinin imkan və təcrübəsindən yararlanmağı tövsiyə edir;

– konfrans Azərbaycan Respublikasının milli maraqlarının virtual məkanda qorunmasında, Azərbaycan həqiqətlərinin təbliğinə yönəldilən layihələrin həyata keçirilməsində, diaspor təşkilatları və Azərbaycan KİV-ləri arasında operativ məsləhətləşmələrin aparılmasında virtual konfransların təşkilinin əhəmiyyətini vurğulamaqla Avropa Azərbaycanlıları Konqresinin nəzdində “Avropa Azərbaycan İnformasiya Mərkəzi”nin yaradılmasını və Azərbaycan Diasporuna Dəstək Fondunun bu təşəbbüsə yardımının vacibliyini bildirir;

– tədbir iştirakçıları Azərbaycanlıların sıx yaşadığı ölkələrdə onların yerli ictimai-siyasi proseslərdə iştirakını və təsir imkanlarını artırmaq, seçkilərdə fəallıqlarını təmin etmək, seçkili orqanlara öz namizədliklərini irəli sürmüş azərbaycanlıların və türklərin təşviqat və təbliğat kampaniyalarında fəal iştirak etmək, onlara zəruri təbliğat-informasiya dəstəyi vermək məqsədilə diaspor təşkilatları və Azərbaycan kütləvi informasiya vasitələrinin vahid fəaliyyət planının hazırlanması və icrasının zəruriliyini vurğulayırlar;

– konfrans Azərbaycan və Türk diaspor təşkilatlarının birgə və fəal əməkdaşlıq etdikləri Avropa ölkələrində yerli media nümayəndələrinin “Azərbaycanı yaxından tanıyaq!” devizi altında Azərbaycana tanışlıq səfərlərinin təşkilini təklif edir, bu məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) və Azərbaycan Diasporuna Dəstək Fondunun yardımını vacib hesab edir;

– Avropanın informasiya məkanında fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin aparıcı hissəsinin biznes strukturu olmasını nəzərə alaraq, xüsusi Fondun təşkil olunması, eləcə də həmin KİV-lərlə bağlı Avropa Azərbaycanlıları Konqresinin nəzdində Əlaqələndirmə Mərkəzinin yaradılması, bu işə peşəkar jurnalistlərin cəlb edilməsi, Avropa oxucusunun düşüncə tərzinə cavab verən materialların hazırlanması məqsədilə Azərbaycan Mətbuat Şurası və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi zəruri hesab edilir;

– müəyyən səbəblər üzündən Azərbaycanı tərk etmiş, özlərini “mühacir müxalifət” adlandıran, zərərli xarici təsirlərin altına düşən zəif iradəli insanların Azərbaycan Respublikasının beynəlxalq nüfuzuna xələl gətirmək, Azərbaycan dövlətini, ali dövlət məmurlarını nüfuzdan salmaq, Avropa mətbuatında və ictimai rəyində, sosial şəbəkələrdə ölkəmiz haqqında birtərəfli, böhtan xarakterli informasiyalar yaymasına etirazını bildirir və bunun yolverilməz olduğunu xüsusi vurğulayır;

– gəncləri sosial şəbəkədə Azərbaycan xalqına xas olan mənəvi-etik normalara riayət etməyə, fərqli fikir və mövqelərə hörmətlə yanaşmağa, sosial şəbəkələrdə sağlam polemika ənənələrini formalaşdırmağa, milli-mənəvi dəyərlərimizə zidd əməllərə yol verməməyə çağırır;

– sosial şəbəkələrin imkanlarından istifadə etməklə Avropada yaşayan və təhsil alan savadlı, yüksək intellektli azərbaycanlı gənclərin vətənpərvərlik ruhunu artırmaq, onların Azərbaycanla əlaqələrini gücləndirmək, fəaliyyətlərini düzgün istiqamətə yönəltmək məqsədilə xüsusi proqram-layihələrin həyata keçirilməsini əhəmiyyətli sayırıq.

Konfrans iştirakçıları Avropa azərbaycanlılarını Vətənin milli maraqlarının müdafiəsi naminə birləşməyə, müasir informasiya texnologiyalarından istifadə edərək Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə düzgün çatdırılmasına fəal qoşulmağa çağırır, Azərbaycan diaspor təşkilatlarının bu bəyanatdan irəli gələn bütün vəzifələrin uğurla yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyinə əminliyini bildirir”.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar