CƏMİYYƏT


Bu gün Avropa Göbələyi Günüdür

Bakı, 23 sentyabr, AZƏRTAC

23 sentyabr - Avropa Göbələyi Günü və ya Avropada Göbələklər üçün Fəaliyyət Günüdür. Həmin təqvimin qeyd edilməsi hər il sentyabrın dördüncü şənbə gününə təsadüf edir.

AZƏRTAC xəbər verir ki, bu günün keçirilməsində əsas məqsəd ekosistemlərdə və gündəlik həyatımızda göbələklərin əhəmiyyətini hər kəsə çatdırmaqdır. Hər il günün mövzusu olaraq “İlin yeməli göbələyi” seçilir. Cari ildə “İlin göbələyi” “yəhudi qulağı”, “taxta qulaq”, “jelli qulaq” adlandırılan Auricularia auricula-judae göbələyi seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.