İDMAN


Bu gün Azərbaycanın daha 5 sərbəst güləşçisi Avropa çempionatında mübarizəyə qoşulacaq

Bu gün Azərbaycanın daha 5 sərbəst güləşçisi Avropa çempionatında mübarizəyə qoşulacaq

Bakı, 29 mart, AZƏRTAC

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatın ikinci günündə - martın 29-da Azərbaycanın daha 5 sərbəst güləşçisi mübarizəyə başlayacaq.

Çempionatda 61 kiloqram çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsnifat mərhələsində Viktor Lizen (Almaniya) ilə üz-üzə gələcək. Turan Bayramov (74 kq) səkkizdəbir finalda Ali Umarpaşayev (Bolqarıstan) ilə görüşəcək. Abubakr Abakarov (86 kq) eyni raundda Denis Balaur (Moldova) ilə qarşılaşacaq. Osman Nurmaqomedov (92 kq) yarışa dörddəbir finaldan start verəcək. Onun ilk rəqibi Simeone Yannattoni (İtaliya) - Radoslav Marçinkeviç (Polşa) cütünün qalibi olacaq. Aydın Əhmədov (125 kq) təsnifat mərhələsində Paris Karepi (Albaniya) ilə güləşəcək.

Bu gün, həmçinin Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasına çıxacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.