MƏDƏNİYYƏT


Bu gün “Eurovision 2022” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək

Turin, 12 may, AZƏRTAC

Mayın 12-də İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu yarımfinalda 18 ölkənin - Azərbaycan, Rumıniya, Şimali Makedoniya, Belçika, Kipr, İrlandiya, Estoniya, Avstraliya, San-Marino, Monteneqro, Polşa, Finlandiya, İsveç, Malta, İsrail, Gürcüstan, Serbiya və Çexiya təmsilçiləri səhnəyə çıxacaqlar. İlk onluğa daxil olmağı bacaran ölkələr finalda mübarizə aparacaqlar.

Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə çıxış edəcək.

Qeyd edək ki, İtaliyanın Turin şəhərinin ev sahibliyi ilə keçirilən “Eurovision 2022”nin ilk yarımfinalında 10 ölkə - Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya və Ermənistan finala yüksəlib.

Avropa Yayım Birliyi (EBU) və İtaliyanın “Rai” televiziya kanalının təşkilatçılığı ilə keçirilən dünyanın ən böyük canlı musiqi tədbirində bu il iştirak edən 40 ölkənin 35-i yarımfinallarda yarışır. Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya yarışmaya birbaşa finaldan qoşulacaq. Ümumilikdə 25 ölkənin təmsilçiləri mayın 14-də keçiriləcək finalda öz performanslarını nümayiş etdirəcəklər.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Turin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.