İDMAN


Bu gün “Tata Steel Masters-2019” şahmat turnirinin səkkizinci turunun oyunlarına start veriləcək

Bakı, 20 yanvar, AZƏRTAC 

Bu gün ənənəvi “Tata Steel Masters-2019” şahmat turnirinin səkkizinci turunun oyunlarına start veriləcək.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov Hindistan şahmatçısı Vişvanatan Anand, Teymur Rəcəbov hollandiyalı Yorden Van Forestlə mübarizə aparacaq.

Teymur Rəcəbov yeddinci turda Hindistan şahmatçısı Santoş Viditi məğlub edərək aktivinə 1 xal əlavə edib. O, bu nəticə ilə ilk beşlikdən sonrakı pillədə qərarlaşıb. Turnir cədvəlində ilk beşlikdə qərarlaşan Dinq Liren, Aniş Giri, Maqnus Karlsen və Vişvanatan Anandın hərəyə 4,5 xalı, şahmatçımızın isə 4 xalı var.

T.Rəcəbov “Chess-news.ru” saytına yeddinci turda qələbəsini şərh edərkən bildirib: “Bu qədər qaçırılmış imkanlardan sonra nə edəcəyimi bilmirdim. Əvvəl Kramnik, sonra Rapport ilə oyunlarda... Bu dəfə də qalib gəlməmək çox xoşagəlməz hal olardı”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.