İDMAN


Bu gün UEFA Çempionlar Liqasının beşinci turuna start veriləcək

Bakı, 27 noyabr, AZƏRTAC

Noyabrın 27-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün beşinci turuna start veriləcək.

AZƏRTAC xəbər verir ki, günün mərkəzi qarşılaşması İtaliyada oynanılacaq. Turnirin sonuncu qalibi “Real Madrid” səfərdə “Roma” ilə üz-üzə gələcək. Bu görüşdə qalib gələn komanda G qrupundan növbəti mərhələyə vəsiqəni təmin edəcək. Komandalar arasında ilk oyun 3:0 hesabı ilə Madrid təmsilçilərinin xeyrinə başa çatmışdı.

Qrupun digər matçında isə Rusiyanın CSKA klubu Çexiyanın “Viktoriya Plzen” komandasını qəbul edəcək.

İtaliyanın turnirdəki digər təmsilçisi, H qrupunda yer alan “Yuventus” isə evdə İspaniyanın “Valensiya” klubu ilə görüşəcək. Turin klubu qələbə gələcəyi təqdirdə növbəti mərhələyə yüksələcək. Qrupun digər görüşündə isə İngiltərənin “Mançester Yunayted” klubu doğma azarkeşlər önündə “Yanq Boyz” (İsveçrə) komandasının müqavimətini qırmağa çalışacaq.

Tur çərçivəsində E və F qruplarında aşağıdakı oyunlar keçiriləcək:

E qrupu

AEK (Yunanıstan) – “Ayaks” (Niderland)

“Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya)

F qrupu

“Lion” (Fransa) – “Mançester Siti” (İngiltərə)

“Hoffenhaym” (Almaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna)

UEFA-nın yeni reqlamentinə əsasən, AEK – “Ayaks”, CSKA – “Viktoriya Plzen” matçları Bakı vaxtı ilə saat 21:45-də, qalan oyunlar saat 12-də start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.