MƏDƏNİYYƏT


Bu gün “Xəzərin dalğaları” festivalı çərçivəsində ustad dərsləri keçiriləcək

Bakı, 14 avqust, AZƏRTAC

Bu gün “Xəzərin dalğaları” birinci Bakı Beynəlxalq Suluboya Festivalı çərçivəsində rəssam Cəlal Ağayevin ustad dərsləri keçiriləcək.

Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, festivalın ilk ustad dərsi saat 12:00-da “Zoom” proqramı üzərindən reallaşacaq.

Ustad dərsini Xətai Sənət Mərkəzinin (+994) 12 490 84 51/52/53, (+994) 50 564 40 70 nömrələri ilə əlaqə saxlayıb qeydiyyatdan keçərək “Zoom” proqramı üzərindən canlı yayım vasitəsilə izləmək mümkündür.

Sənətsevərlər ustad dərsini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media (“Facebook”, “Instagram”) hesabları vasitəsilə də izləyə bilərlər.

Qeyd edək ki, festival Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində təşkil olunub. Xatırladaq ki, festival suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.