İDMAN


Bu gün cüdoçularımız Avstriya Qran-Pri turnirində mübarizəyə başlayırlar

Bu gün cüdoçularımız Avstriya Qran-Pri turnirində mübarizəyə başlayırlar

Bakı, 25 may, AZƏRTAC

Bu gün Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-Pri turnirinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, turnirin birinci günündə yeddi cüdoçumuz tatami üzərinə çıxacaq.

Nazir Talıbov mərakeşli Younes Saddiki, Əhməd Yusifov (hər ikisi 60 kq) Dilan Munro (Böyük Britaniya), Kamran Süleymanov (66 kq) Cason Patrik Zakko (Mərkəzi Afrika Respublikası), Leyla Əliyeva Sloveniya cüdoçusu Marusa Stanqar, Şəfəq Həmidova (hər ikisi 48 kq) serbiyalı Nevena Miliç, Gültac Məmmədəliyeva (52 kq) Karina Klaus-Sternvieser (Avstriya) - Erza Muminoviq (Kosova) görüşünün qalibi, Fidan Əlizadə (57 kq) isə Mariya Ruiz Muro (İspaniya) ilə qarşılaşacaq.

Mayın 27-dək davam edəcək turnirdə 72 ölkədən 450-dən artıq cüdoçu tatami üzərinə çıxacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.