İQTİSADİYYAT


Bu günə olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib

Bakı, 3 dekabr, Elvin Camalov, AZƏRTAC

Dekabrın 3-də həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib.

AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Flydubai” aviaşirkətinin bu günə olan “FZ 733” saylı Dubaydan Bakıya olan uçuşu ləğv olunub.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Flydubai” aviaşirkətinin 19:05-də Bakıdan Dubaya olan “FZ 734” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Boeing B737-800” təyyarəsi ilə həyata keçirilməli idi.

Dubay-Bakı-Dubay aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.