İQTİSADİYYAT


Bu günə olan Tehran-Bakı-Tehran aviareysi ləğv edilib

Bakı, 6 fevral, Elvin Camalov, AZƏRTAC

Fevralın 6-da həyata keçirilməli olan Tehran-Bakı-Tehran aviareysi ləğv edilib.

AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Mahan Air” aviaşirkətinin yerli vaxtla saat 09:15-də “W5 1130” saylı Tehrandan Bakıya olan uçuşu ləğv edilib.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Mahan Air” aviaşirkətinin yerli vaxtla saat 10:30-da Bakıdan Tehrana “W5 1131” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A310-300” təyyarəsi ilə həyata keçirilməli idi.

Tehran-Bakı-Tehran aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.