ELM VƏ TƏHSİL
Bu il Azərbaycan Memarlıq və İnşaat Universitetini 76 əcnəbi tələbə bitirib
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) 2021-2022-ci tədris ilində bakalavriat səviyyəsində 26 ixtisas üzrə 1596, magistratura səviyyəsində 42 ixtisaslaşma üzrə 312 tələbə olmaqla cəmi 1908 gənc bitirib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, SABAH qruplarında inşaat mühəndisliyi ixtisasında təhsil alan 15 tələbə də bu siyahıda yer alır. Tələbələrin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, bakalavr tələbələrdən 5, magistr tələbələrdən də 7 nəfər fərqlənmə diplomuna layiq görülüb. Universitetin nəzdində olan İnşaat Kollecinin məzunlarından 9-u təhsilini fərqlənmə diplomu ilə başa vurub. Bu il AzMİU-nu bitirənlər arasında Türkiyə, İraq, İran, Qazaxıstan, Suriya, Rusiya və Gürcüstandan 72 bakalavr, 4 magistr məzun var.