DÜNYA


Bu il Cənubi Koreyaya 49 KXDR vətəndaşı qaçıb

Bakı, 22 oktyabr, AZƏRTAC

Bu ilin ilk doqquz ayında Cənubi Koreyaya 49 KXDR vətəndaşı qaçıb.

AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, qaçanlar arasında 19 qadın və 29 kişi var.

2021-ci ilin üçüncü rübündə Cənubi Koreyaya ondan çox KXDR vətəndaşı keçib. Şimali Koreyadan qaçanların sayı COVID-19 pandemiyası dövründə sərhəd rejiminin gücləndirilməsi səbəbindən xeyli azalıb.

Agentliyin məlumatına görə, ilin üçüncü rübündə Şimaldan Cənuba cəmi beş nəfər qaçıb ki, bu da 2003-cü ildən bəri ən aşağı göstəricidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.