Bu il Oğuzda yaş barama istehsalının 8 tona çatdırılması proqnozlaşdırılır
AzerTAg.az
Oğuz, 17 may, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayonunda kümçülərə ipəkqurdularının paylanması işi yekunlaşmaq üzrədir. Builki mövsümdə rayonun kümçüləri 193 qutu, yəni 3 kiloqram 667 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olacaqlar. Kümçülərə paylanılan ipəkqurduları Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, builki mövsümdə Oğuz rayonunda yaş barama istehsalının 8 tona çatdırılması proqnozlaşdırılır.
Xatırladaq ki, ötən il oğuzlu kümçülər 220 qutu ipəkqurdunun yemlənməsi ilə məşğul olub, 6,3 tondan çox yaş barama istehsal ediblər. Barama istehsalı əvvəlki illə müqayisədə bir neçə dəfə artıb.

Xəbərin mətnində orfoqrafik səhv var