Bu il Qəbələnin üzüm bağlarından 3684 ton məhsul yığılıb
AzerTAg.az
Qəbələ, 30 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunun təsərrüfatlarında üzüm yığımı başa çatıb. Torpaq mülkiyyətçiləri builki mövsümdə üzüm bağlarından 3 min 684 ton məhsul tədarük ediblər. Üzüm istehsalı ötən illə müqayisədə 100 tonadək artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.
Sektor müdiri bildirib ki, son illər rayonda üzümçülüyün inkişaf etdirilməsi istiqamətində fiziki və hüquqi şəxslər tərəfindən davamlı işlər görülür. Son üç ildə fermerlər tərəfindən rayon ərazisində 17 hektar sahədə yeni üzüm bağları salınıb. Hazırda Qəbələ rayonunda 421 hektar barverən üzüm bağı var.

Xəbərin mətnində orfoqrafik səhv var