İQTİSADİYYAT


Bu il "TransCaspian/Translogistica" sərgisində 85 şirkət iştirak edəcək

Bakı, 7 iyun, AZƏRTAC

İyunun 11-dən 13-nə kimi Bakıda keçiriləcək "TransCaspian/Translogistica" sərgisində 15 ölkəni təmsil edən 85 şirkət iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə "Iteca Caspian" şirkətinin sərgi meneceri Səbinə Rzayeva deyib.

O bildirib ki, Azərbaycan, Belarus, Litva, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Yunanıstan və digər ölkələri təmsil edən şirkətlər nəqliyyat sahəsinin geniş məhsul və xidmətlər çeşidini təqdim edəcək. Sərgidə nəqliyyat şirkətləri ilə yanaşı "Azərbaycan Dəmir Yolları" QSC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, Dövlət Dəniz Agentliyi kimi dövlət nəqliyyat qurumları da iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.