İQTİSADİYYAT


Bu il qlobal neft hasilatı sutkada 98 milyon barrel olacaq

Bakı, 12 oktyabr, Nihad Budaqov, AZƏRTAC

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) bu il və 2018-ci il üzrə qlobal neft istehsalına dair proqnozunu aşağı salıb.

AZƏRTAC xəbər verir ki, bu barədə EIA-nın aylıq hesabatında deyilir. Bildirilir ki, bu il qlobal neft hasilatı sutkada 98,3 milyon barrel əvəzinə 98 milyon barrel olacaq. EIA 2018-ci il üzrə qlobal neft hasilatına dair proqnozunu 100,3 milyon barrel/gündən 100 milyon barrel/günə endirib.

Qlobal neft istehlakının bu il gündəlik 98,3 milyon barrel və gələn il isə sutkada 99,5 milyon barrel olacağı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.