İQTİSADİYYAT


Bu ilin 11 ayında əsas kapitala 12899,4 milyon manat yönəldilib

Bakı, 14 dekabr, AZƏRTAC 

2018-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12899,4 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC- a verilən məlumata görə, sərf edilmiş vəsaitin 69,9 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub.

Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 21,2 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 22,6 faiz artıb.

Ümumi sərmayənin 68,4 faizi məhsul istehsalı sahələrinin, 23,5 faizi xidmət sahələrinin, 8,1 faizi isə ümumi sahəsi 1844,3 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 63,1 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 50,4 faiz, bank kreditləri 12,6 faiz, büdcə vəsaitləri 27,2 faiz, əhalinin şəxsi vəsaitləri 7,1 faiz, büdcədənkənar fondların vəsaitləri 2,0 faiz, sair vəsaitlər isə 0,7 faiz olub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.