İQTİSADİYYAT


Bu ilin 9 ayında Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi ötən ilin göstəricilərini üstələyib

Minsk, 13 oktyabr, AZƏRTAC

Cari ilin 9 ayı ərzində Azərbaycan və Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 162 milyon dolları ötüb. Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, hesabat dövründə Azərbaycana Belarusdan idxalın həcmi 148 milyon 705 min 83 ABŞ dolları, Azərbaycandan Belarusa ixracın həcmi isə 13 milyon 541 min 93 ABŞ dolları olub.

Qeyd edək ki, ötən ildə iki ölkə arasında əmtəə dövriyyəsi 160,7 milyon dollar təşkil edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.