CƏMİYYƏT


Bu ilin altı ayında yeni doğulan oğlan və qız uşaqlarına ən çox qoyulan adlar açıqlanıb

Bakı, 1 avqust, AZƏRTAC

Bu ilin ilk altı ayında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası müəyyənləşib.

AZƏRTAC Ədliyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, 2022-ci ildə doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Bu ad altı ayda 1037 uşağa verilib. Statistikaya əsasən, oğlan adlarında sonrakı yerləri Əli (1009), Yusif (922), Hüseyn (918), Məhəmməd (690), Ömər (616), Raul (578), Murad (570), Tunar (451) və Adəm (446) tutur.

Bu il qız uşaqlarına ən çox Zəhra adı verilib (1010). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (823), Məryəm (802), Aylin (802), Fatimə (684), Nilay (681), Mələk (652), Nuray (541), İnci (536) və Ayladır (534).

Son beş il ərzində oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq, Zəhra və Yusif adları verilib. Beş il ərzində 9 min 588 qız uşağına Zəhra, 9 min 449 oğlana isə Yusif adı qoyulub.

Qeyd edək ki, il ərzində yeni doğulan uşaqlara verilən adlarla bağlı məlumat Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər sırasında “Azərbaycan adları barədə məlumat” bölməsində yerləşdirilib. Vətəndaşlar bu elektron xidmətdən istifadə edərək yeni doğulmuş uşaqlara ad verərkən həmin adın mənası, onunla bağlı statistik məlumat əldə edə bilərlər. Nazirliyin elektron xidmətlərindən qurumun rəsmi internet saytı və ya “Elektron hökumət” portalı vasitəsilə yararlanmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.