REGİONLAR
Bu ilin birinci rübündə Yardımlıda sənaye sektorunda üç dəfədən çox artım qeydə alınıb
Yardımlı, 17 may, Bağır Əliyev, AZƏRTAC
Bu ilin birinci rübündə Yardımlı rayonunda istehsalın əsas sahələrində 14 milyon 630,8 min manatlıq məhsul buraxılıb. Ümumi məhsulun həcminin 11 faizini sənaye, 5 faizini tikinti, 47 faizini kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2 faizini nəqliyyat və anbar təsərrüfatı, 1 faizini informasiya və rabitə, 34 faizini isə ticarət, nəqliyyat vasitələrinin təmiri sahələr təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rayon üzrə məhsul buraxılışının həcmində sənaye sektoru üzrə 3 dəfədən çox artım qeydə alınıb. Bu artım tikinti sektorunda 58,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 97,7 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 67,3 faiz, informasiya və rabitə sahəsində 111,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 83,4 faiz olub.
Buraxılmış ümumi məhsulun 5,6 faizi dövlət, 94,4 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus subyektlərin payına düşür.