SİYASƏT


Bülənt Akdeniz: Azərbaycan Türkiyə üçün çox önəmli ölkədir

Tbilisi, 26 iyun, AZƏRTAC

Azərbaycan Türkiyə üçün çox önəmli ölkədir. Ulu öndər Heydər Əliyevin də söylədiyi kimi, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Hər iki ölkə ayrılmaz bağlarla bir-birinə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Gürcüstandakı hərbi attaşesi polkovnik Bülənt Akdeniz jurnalistlərə müsahibəsində söyləyib.

B.Akdeniz deyib ki, Türkiyə və Azərbaycanın silahlı qüvvələri arasında uzun illərdir sıx əməkdaşlıq mövcuddur. Bu əlaqələr hələ Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Bakını bolşevik-daşnak işğalından azad etdiyi dövrdən başlayıb. Hazırda hərbi sahədə əməkdaşlıq çox yüksək səviyyədə davam etdirilir.

Hərbi attaşe deyib: “Azərbaycan hər zaman Türkiyənin dəstəyinə güvənə bilər. Bu, hər zaman belə olub, bu gün də davam edir və gələcəkdə də belə olacaq”.

B.Akdeniz Türkiyə səfirliyi və Hərbi attaşe aparatı adından Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.