ELM VƏ TƏHSİL


Buraxılış imtahanlarında iştirak edən şagirdlərin yekun qiymətləri “Şagird-məzun” sisteminə daxil edilib

Bakı, 4 iyul, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 21-də keçirilmiş buraxılış imtahanlarında iştirak edən 62916 şagirdin və psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında buraxılış imtahanlarından azad olunmuş 723 məktəblinin ümumi orta və tam orta təhsil səviyyələrində yekun attestasiyası aparılıb. Dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətləri “Şagird-məzun” sisteminə daxil edilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, həmin məzunların bitirdikləri ümumtəhsil müəssisələri dövlət nümunəli təhsil sənədlərinin verilməsi üçün Təhsil Nazirliyinə müraciət edə bilər.

Hazırda DİM tərəfindən iyunun 27-də keçirilən buraxılış imtahanlarına qatılan şagirdlərin yekun attestasiyasının aparılması işi davam edir. Yekun qiymətlər tezliklə “Şagird-məzun” sisteminə daxil ediləcək.

Xatırladaq ki, iyunun 21-də DİM tərəfindən Bakı, Şirvan şəhərlərindəki və Naxçıvan Muxtar Respublikasındakı orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərinin (9 və 11-ci sinif) şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.