MƏDƏNİYYƏT


Bursada qurulan TÜRKSOY çadırında Azərbaycan sənətkarlarının əl işləri nümayiş olunur

Bursa, 1 oktyabr, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Türkiyənin Bursa vilayətinin İznik rayonunda keçirilən IV Dünya Köçəri Oyunlarının təşkil olunduğu idman kəndində təbliğat çadırı qurulub.

AZƏRTAC xəbər verir ki, bu çadırda Azərbaycan mədəniyyətinin ən geniş hissələrindən birini təşkil edən əl işləri nümayiş olunur.

TÜRKSOY çadırında xalçaçı Nazilə Əbilova və dəri üzrə rəngkar Pərvanə Eyyubova zərif və nəfis əl işləri ilə azərbaycansevər ziyarətçilərin qarşısına çıxırlar.

Qeyd edək ki, oktyabrın 2-də təntənəli bağlanış mərasimi ilə başa çatacaq bu oyunlarda dörd gün ərzində 102 ölkədən 3 mindən yuxarı idmançı çempionluq uğrunda mübarizə aparacaq. Bu müddətdə idman kəndindəki mədəniyyət çadırları da fəaliyyət göstərəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Bursa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.