İQTİSADİYYAT


“Buta Airways” Bakıdan Ufaya birbaşa aviareyslərə başlayıb YENİLƏNİB

Bakı, 12 may, Elvin Camalov, AZƏRTAC 

Mayın 12-də “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Rusiyanın daha bir şəhəri - Ufaya birbaşa aviareyslərə başlayıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Ufa aeroportunda keçirilən mərasimdə birbaşa aviareysin təşkilinin hər iki ölkənin turizm və iqtisadi potensialına böyük töhfə verəcəyi bildirilib. Qeyd edilib ki, Bakı-Ufa-Bakı aviareysinə sərnişin tələbatının böyük olacağı proqnozlaşdırılır. Bakı-Ufa-Bakı aviareysi cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Bu istiqamətə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edir. Aviabiletləri aviaşirkətin rəsmi internet saytında (“Büdcə” və “Standart” tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində (“Super” tarifi ilə) əldə etmək mümkündür.

Lou-kost aviaşirkət olaraq, “Büdcə” minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.

10 kiloqramadək çəkisi olan əl yükü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan “Super” tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək mümkündür.

Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.

Qeyd edək ki, Rusiyaya yeni istiqamət üzrə aviareysin açılması iki ölkə arasında turist axınını daha da artıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.