İQTİSADİYYAT


Bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib

Bakı, 1 aprel, AZƏRTAC

Əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı Metropolitenində qatarların hərəkəti dayandırıldığından sərnişindaşımalar müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki aprelin 1-dən saat 07:00-dan 20:00-dək olmaqla dəyişdirilib. Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalıb.

Həm müntəzəm, həm də ekspres marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənir. Eyni zamanda, mümkün sərnişin sıxlığının qarşısını almaq məqsədilə eskpres xətlər üzrə ehtiyyat avtobusların buraxılması nəzərədə tutulub.

Mövcud epidemik vəziyyətdə sərnişindaşımaların tənzimlənməsində başlıca məqsəd, həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və sair) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir.

Vətəndaşlar bir daha zərurət olmadığı halda evdə çıxmamağa, xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.