SİYASƏT


Çağırışçılar müddətli həqiqi hərbi xidmət yerlərini SMS vasitəsilə də öyrənə biləcəklər

Çağırışçılar müddətli həqiqi hərbi xidmət yerlərini SMS vasitəsilə də öyrənə biləcəklər

Bakı, 30 sentyabr (AZƏRTAC). Çağırışçılar müddətli həqiqi hərbi xidmətlərini hansı qoşun növündə və yaxud hərbi hissədə keçmələri barədə məlumatları qısa mesaj (SMS) vasitəsilə öyrənə biləcəklər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, yeni elektron xidmət oktyabr ayından etibarən istifadəyə veriləcək. Çağırışçılar şəxsiyyət vəsiqələrinin nömrələrini mobil telefonlardan 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı əldə edəcəklər. Bu xidmətdən bütün mobil operatorların istifadəçiləri yararlana bilərlər.

Dövlət Xidməti tərəfindən vətəndaşlara hazırda 5 elektron xidmət göstərilir. Buna çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi, hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu, arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu, itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu daxildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.