İDMAN


“Çelsi” UEFA Çempionlar Liqasının finalına yüksəlib

Bakı, 6 may, Nicat Məmmədov, AZƏRTAC

Mayın 5-də futbol üzrə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Çelsi” klubu “Stenford Bric” stadionunda “Real Madrid” komandasını qəbul edib. Görüş London təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı matçın 28-ci dəqiqəsində Timo Verner açıb.

Fasilədən sonra hücumlarının sayını daha da artıran Tomas Tuxelin yetirmələri rəqib qapısına ikinci dəfə yol tapıblar. Meydana yeni çıxan Kristian Pulişiçin cinah ötürməsindən sonra topa hamıdan tez yetişən Meyson Mount hesab arasındakı fərqi iki topa çatdırıb – 2:0.

Komandalar arasında Madriddə keçirilən görüş 1:1 hesabı ilə başa çatmışdı. Beləliklə, iki oyunun nəticəsinə əsasən, “Çelsi” qitənin ən nüfuzlu klub turnirinin finalına yüksəlib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının ilk finalçısı ötən gün “Paris Sen-Jermen” klubunu iki oyunun nəticəsinə əsasən (2:1, 2:0) məğlub edən “Mançester Siti” olub.

Xatırladaq ki, qitənin ən nüfuzlu klub turnirinin final görüşü mayın 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.