REGİONLAR
Çətənə kolları becərən Xaçmaz sakini saxlanılıb VİDEO
Xaçmaz, 2 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Xaçmaz rayonunun Ləcət kənd sakini, əvvəllər məhkum olunan Vilayət Həsənovu saxlayıb.
Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan yaş çəkisi 7 kiloqram 965 qram təşkil edən çətənə kolları aşkar olunub.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib.
Dindirilmə zamanı Vilayət Həsənov çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.