DÜNYA


Çexiyalı kommunistlər Moskvanı dəstəkləyiblər

Praqa, 16 sentyabr, AZƏRTAC

Rusiya KİV-lərində yayılmış xəbərlərə görə, keçən həftə RF Xarici İşlər Nazirliyi Praqanın altıncı rayonu Şurasının vaxtilə Çexiya paytaxtını alman faşizmindən azad etmiş sovet marşalı Konevə İnterbriqada meydanında ucaldılmış heykəlin başqa yerə köçürülməsi barədə qərarı ilə əlaqədar narahatlığını bildirib.

Xatırladaq ki, Rusiya xarici siyasət idarəsinin notasında bu qərarın “Rusiya-Çexiya münasibətlərinə ciddi soyuqluq gətirə biləcəyi” və “bu addımın cavabsız qalmayacağı” qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Çexiya və Moraviya Kommunist Partiyası Smolensk meydanının mövqeyi ilə həmrəy olduğunu bildirib. Partiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kommunistlər marşalın heykəlinin başqa yerə köçürülməsi barədə qərarla razılaşmırlar. Partiyanın rəhbərliyi Çexiya hökumətini heykəlin əvvəlki yerində qalması üçün səy göstərməyə çağırıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.