DÜNYA


Çin COVID-19-la əlaqədar 23 xarici şirkətdən ət idxalını dayandırıb

Pekin, 11 iyul, AZƏRTAC

Çin COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində 23 xarici ət istehsalı şirkətindən idxalı dayandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Baş Gömrük Administrasiyası məlumat yayıb. Administrasiya bu qərarını bəzi ölkələrdə ət və dəniz məhsulları kombinatlarında virus ocaqları aşkarlanması ilə əlaqələndirib.

Ət idxalı dayandırılan şirkətlər arasında Almaniyanın "Tonnies", ABŞ-ın "Tyson", Braziliyanın "Agra" və Böyük Britaniyanın "Tulip" kimi tanınmış şirkətləri də var.

Qeyd edək ki, iyunun əvvəlində Pekindəki meyvə-tərəvəz və ət topdansatış bazarı olan “Sinfadi”də COVID-19-un yeni ocağı aşkarlandıqdan sonra səhiyyə qurumlarının işçiləri xaricdən gələn qızıl balığın satıldığı mağazada virus aşkarlayıblar. Virusun Pekinə xaricdən gəlməsini, habelə onun ərzaq məhsulları vasitəsilə yayıla biləcəyini təsdiqləyən sübut olmasa da, bəzi ekspertlər infeksiyanın xaricdən idxal edilən ət məhsulları vasitəsi ilə gəldiyini düşünürlər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.