Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.

Son illərdə Çin-Azərbaycan münasibətlərinin dinamik inkişafı müşahidə edilir, qarşılıqlı siyasi etimad günbəgün möhkəmlənir. “Bir kəmər, bir yol” layihəsi üzrə iki ölkənin əməkdaşlığı, habelə beynəlxalq arenada qarşılıqlı fəaliyyət uğurla və səmərəli şəkildə inkişaf edir. COVID-19 pandemiyası yayılandan sonra Çin və Azərbaycan iki xalq arasında möhkəm dostluq nümayiş etdirərək bir-birinə səmimi kömək göstərir. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, ikitərəfli dostluq və əməkdaşlığın, müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın ölkələrimizin və xalqlarımızın rifahı naminə dərinləşməsi üçün Sizinlə birgə səy göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və firavanlıq arzu edirəm.

Hörmətlə,

 

Si Cinpin

Çin Xalq Respublikasının Sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin