CƏMİYYƏT


Çin koronavirusun müxtəlif mutasiyalarına qarşı effektiv olan vaksin yaradır

Bakı, 25 aprel, AZƏRTAC

Çin koronavirusun müxtəlif mutasiyalarına qarşı effektiv olan vaksin yaradır.

AZƏRTAC “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bunu Çinin Dövlət Səhiyyə Komitəsinin epidemiyaya qarşı mübarizə üzrə xüsusi komissiyasının rəhbəri, akademik Çjun Nanışan bəyan edib.

“Çində ən çox Cənubi Afrika ştammına qarşı təsiri zəif olan “Sinovac” və “Sinopharm” əczaçılıq şirkətlərinin inaktivləşdirilmiş vaksinlərindən istifadə olunur. Hazırda bütün səylərimizi mutasiya olunmuş virusdan qoruya biləcək vaksinin hazırlanmasına sərf edəcəyik”, - deyə o, Quançjou şəhərində Çin Mühəndislik Elmləri İnstitutunun konfransında onlayn çıxış edərkən bildirib.

Ekspertin fikrincə bu peyvənddən sonra onun hansı müddət ərzində insanı koronavirusdan qoruyacağını müəyyənləşdirmək hazırda çətindir.

“Cari mərhələdə ölkəmizdə təxminən 50, dünyada isə 200-dən çox vaksin növü hazırlanır. Sual olunur ki, bu preparatlardan hansını hazırlamaq daha məqsədəuyğundur? Səylərimizi bu istiqamətdə düzgün cəmləşdirə biləcəyikmi? Bunlar tezliklə həll etməli olduğumuz vacib problemlərdir”, - deyə Çjun Nanışan yekunlaşdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.