DÜNYA


Çin orbitə eyni raketlə 9 peyk çıxarıb VİDEO

Pekin, 15 sentyabr, AZƏRTAC

Çin sentyabrın 15-də Sarı dənizdə üzən buraxılış məntəqəsindən “Long March-11” raketdaşıyıcısı ilə orbitə 9 peyk çıxarıb.

AZƏRTAC xəbər verir ki, “Jilin-1 Gaofen 03-1” qrupundan olan peykləri orbitə çıxaran raketin buraxılışı yerli vaxtla saat 09:23-də olub. Videoçəkiliş üçün nəzərdə tutulan peyklərdən ikisi Çin Mərkəzi Televiziyası (CCTV), digəri isə “Bilibili” video paylaşım platformasına xidmət edəcək. Ümumilikdə, 9 peyk ölkədə ərazilərin tədqiqatı, şəhər planlaşdırılması, təbii fəlakətlər barədə erkən xəbərdarlıq üçün istifadə olunacaq.

Qeyd edək ki, Çin Kosmos Elmləri və Texnologiyaları Korporasiyasının hazırladığı “Long March-11” (Böyük yürüş”) daşıyıcı raketi bərk yanacaqla işləyir. Belə raketlər kiçik ölçülü peykləri orbitə çıxarmaq üçün istifadə olunur. Bu, "Long March" seriyasından olan raketlərin 346-cı buraxılışı idi.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.