DÜNYA


Çin sahillərində sərnişin və yük gəmiləri toqquşub

Bakı, 22 fevral, AZƏRTAC

Çinin cənubunda yerləşən Quandun əyalətinin sahilləri yaxınlığında sərnişin və yük gəmilərinin toqquşması nəticəsində 2 nəfər itkin düşüb.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə zamanı sərnişin gəmisinin göyərtəsində 970 sərnişin və 140 avtomobil olub. Sərnişinlərdən heç birinin xəsarət almadığı bildirilir.

İnsident fevralın 22-nə keçən gecə yerli vaxtla 01:00-da baş verib. Toqquşma zamanı polad lövhələr daşıyan yük gəmisindən 5 nəfər suya düşüb. Onlardan üçünü xilas etmək mümkün olub. Sərnişin gəmisi yedəyə alınıb limana gətirilsə də, yük gəmisi batıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Qəzanın baş vermə səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.