DÜNYA


Çin və ABŞ liderlərinin görüşü üç saat yarımdan çox davam edib VİDEO

Çin və ABŞ liderlərinin görüşü üç saat yarımdan çox davam edib VİDEO

Bakı, 14 noyabr, AZƏRTAC

Balidə ÇXR-in Sədri Si Cinpin və ABŞ Prezidenti Co Bayden arasında görüş başa çatıb.

AZƏRTAC Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, üç saat yarımdan çox davam edən görüş Pekin vaxtı ilə saat 20:48-də (Bakı vaxtı ilə 16:48) yekunlaşıb.

Ağ Evin yaydığı məlumata görə, liderlər ABŞ və Çinin münaqişəyə sürüklənməsinin qarşısını almaq üçün prinsiplərin hazırlanmasının vacibliyini müzakirə ediblər. Co Bayden ABŞ-ın Çinlə fəal rəqabət aparmağa davam edəcəyini bildirib.

Danışıqlarda Ukraynadakı vəziyyətə də toxunulub. Liderlər Ukraynada nüvə silahından istifadə təhdidlərinə qarşı çıxıb, nüvə müharibəsinin yolverilməz olduğunu vurğulayıblar.

Eyni zamanda, ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri ilə bağlı razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.